“Super Liqa layihəsinin öldüyünə inanmıram” – keçmiş futbolçu
“Mançester Yunayted”in və İngiltərə millisinin sabiq müdafiəçisi Qari Nevill Avropa Super Liqası haqda danışıb.
Komanda.az “Daily Mail”ə istinadən xəbər verir ki, keçmiş futbolçu, Super Liqa layihəsinə qoşulan klubların öz ciblərini düşündüklərini deyib:
“Super Liqa geri qayıdır. Avropanın top-klubları daha çox pul qazanmaq istəyirlər. Onlar futbolun yaxşılığını yox, öz sərvətlərini düşünürlər. Super Liqa layihəsinin öldüyünə inanmıram. O, yeni formada qayıdacaq. Amma futbolsevərlər bu ideyanı bəyənməyəcəklər, çünki onlar bunu istəmirlər”.
Ötən il aprelin 18-də “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Real”, “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları Avropa Super Liqasını yaratdıqlarını açıqlayıblar. Lakin sonradan “Real”, “Barselona” və “Yuventus”dan başqa, digər klublar turnirdən imtina ediblər.
Bizi Facebook-da izləyin