Super Liqa komandasında baş məşqçi ayrılığı
“Samsunspor” baş məşqçisi Markus Gisdolla yollarını ayırdığını açıqlayıb.
Komanda.az xəbər verir ki, klubun sosial media hesabında yayımlanan paylaşımda Gisdol ilə yeni mövsüm üçün danışıqlar aparıldığı bildirilib.
Lakin alman mütəxəssis komandadan ayrılmaq istədiyini bildirib. Onun bu istəyi nəzərə alınıb.
Ötən ildən “Samsunspor”u çalışdırmağa başlayan Markus Gisdol Qara dəniz təmsilçisinin başında 32 oyun keçirib. Gisdolun rəhbərliyi altında keçirdiyi 13 görüşdə qalib gələn “Samsunspor” 9 heç-heçə edib, 10 məğlubiyyətə imza atıb.
“Samsunspor” Super Liqada 43 xalla 12-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin