Super Liqa klubunun yeni baş məşqçisi bəlli oldu
Türkiyənin “Kasımpaşa” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi İrfan Buza tapşırılıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 53 yaşlı mütəxəssislə mövsümün sonuna kimi müqavilə imzalanıb. O, bu postda Mehmet Altıparmakı əvəzləyib.
Qeyd edək ki, “Kasımpaşa” bu mövsüm Super Liqada keçirdiyi 8 oyuna topladığı 12 xalla 6-cı pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin