Super Liqa klubunun yeni baş məşqçisi bəlli oldu

Türkiyənin “Kayserispor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Samet Aybaba çalışdıracaq.

Bu barədə Kayseri təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 65 yaşlı mütəxəssis bir neçə gün öncə istefaya göndərilmiş Bayram Bektaşı əvəz edib. Hansı ki, o, mövsümün əvvəlindən sözügedən komandanı çalışdırırdı.

“Kayserispor” bu mövsüm Super Liqada keçirdiyi 7 oyunda cəmi 6 xal toplayıb və 18-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button