Super Liqa klubunun prezidenti istefa verdi
Türkiyənin “Ərzurumspor” klubunun prezidenti Hüseyin Üneş istefa verib.
Komanda.az xəbər verir ki, bu barədə o, yerli mətbuata açıqlamasında bildirib.
İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb göstərilib.
İstefadan sonra klubun idarə heyəti fəxri prezident Mehmet Sekmenin rəhbərliyi altında iclas keçirib. Toplantıda vitse-prezident Ömer Düzgün müvəqqəti prezident təyin olunub.
Hüseyin Üneş 2019-cu ilin yanvarından “Ərzurumspor”a prezidentlik edirdi.
“Ərzurumspor” Super Liqanın cari mövsümündə keçirdiyi 12 oyunda topladığı 9 xalla 21 kollektiv arasında 19-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin