Super Liqa klubunun iki futbolçusunda koronavirus aşkarlandı

Türkiyənin “Qaziantep” klubunda koronavirusa iki yeni yoluxma faktı aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Super Liqanın yeni mövsümünün ilk turu ərəfəsində klub kollektivindən COVİD-19 testi götürülüb. Nəticədə iki futbolçunun koronavirusa yoluxduğu müəyyənləşib. Adı açıqlanmayan həmin futbolçular dərhal karantinə alınıblar.

Qeyd edək ki, “Qaziantep” Super Liqanın 1-ci turu çərçivəsində sabah səfərdə “Fatih Karagümrük” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button