Super Liqa klubunun daha bir futbolçusu koronavirusa yoluxdu
Türkiyənin “Ankaragücü” klubunda daha bir futbolçu koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə kollektivin növbəti dəfə COVİD-19 testindən keçirildiyi və üç nəfərdə koronavirus aşkarlandığı diqqətə çatdırılıb. Adları açıqlanmayan həmin şəxslərdən birinin futbolçu, ikisinin isə klub işçisi olduğu diqqətə çatdırılıb. Onlar karantinə alınıblar.
Xatırladaq ki, “Ankaragücü”ndə daha öncə də bir neçə futbolçunun koronavirusa yoluxduğu açıqlanmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin