Super Liqa klubunun 5 futbolçusu koronavirusa yoluxub
Türkiyənin “Qaziantep” klubunda koronavirusa kütləvi yoluxma qeydə alınıb.
Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Super Liqanın 20-ci turu çərçivəsində baş tutacaq “Fatih Karagümrük”lə oyundan öncə kollektiv koronavirus testindən keçirilib. Beş futbolçunun COVİD-19 testi pozitiv çıxıb. Onların adı açıqlanmasa da, karantinə alındıqları bildirilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin