Super Liqa klubunun baş məşqçisinə 5 oyunluq cəza
Türkiyənin “Ankaragücü” klubunun baş məşqçisi Metin Diyadin ağır cəzaya məruz qalıb.
Komanda.az xəbər erir ki, bu barədə Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi məlumat yayıb.
Sözügedən məşqçiyə 5 oyunluq cəza verilib. Buna onun Super Liqa çərçivəsində “Gənclərbirliyi” oyun zamanı hakimlərə qarşı idmançıya yaraşmayan hərəkətlərə yol verməsi səbəb olub.
“Ankaragücü”nün çalışdırıcısı bu cəza ilə yanaşı 46 min lirə məbləğində cərimə də olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin