Super Liqa klubunun baş məşqçisi istefa verdi
“Kayserispor” klubunun baş məşqçisi Çağdaş Atan vəzifəsindən istefa verib.
Komanda.az xəbər verir ki, bu barədə 43 yaşlı mütəxəssis öz sosial şəbəkə hesabında paylaşım edib. O, Türkiyə Super Liqası təmsilçisindən ayrıldığını bildirib.
Atan 2022-ci ilin iyul ayından “Kayserispor”un baş məşqçisi postunu icra edirdi.
Çağdan Atanın Emre Belözoğlunu istefaya göndərən “Başakşəhər”in baş məşqçisi təyin olunacağı gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin