Super Liqa klubundan yeni transfer
Türkiyənin “Konyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Alanyaspor”dan ayrılan yarımmüdafiəçi Musa Çağıranı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Yarımmüdafiəçi yeni komandasında 28 nömrəli formanı geyinəcək.
Daha öncə də “Konyaspor”un uğurları üçün çalışmış (2011-ci ildə icarə əsasında) Musa Çağıran karyerası ərzində “Altay”, “Aliağa Belediyespor”, “Qalatasaray”, “Bursaspor”, “Karabükspor”, “Osmanlıspor” və “Rizəspor”da forma geyinib. O, indiyə qədər Türkiyə Super Liqasında meydana çıxdığı 220 oyunda 24 qol vurub, 14 məhsuldar ötürmə müəllifi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin