Super Liqa klubundan yeni transfer

Türkiyənin “Erzurumspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, TFF 1-ci Liqada 2-ci yeri tutmaqla yeni mövsümdən Super Liqada mübarizə aparmaq hüququ qazanan Ərzurum təmsilçisi son olaraq “Yeni Malatyaspor”da çıxış etmiş Arturo Minanı heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ekvadorlu futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Qeyd edək ki, Mina üç mövsüm idi “Yeni Malatyaspor”da çıxış edirdi. 29 yaşlı müdafiəçinin bu klubla müqaviləsinin müddəti mövsümün sonunda başa çatmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button