Super Liqa klubundan üç transfer
Türkiyənin “Giresunspor” klubu heyətini yeni futbolçularla gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Adana Dəmirspor”dan Hamidu Traoreni transfer edib.
24 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb. Malili yarımmüdafiəçi 2018-ci ildən Adana təmsilçisində forma geyinirdi. Mali yığmasına da dəvət alan futbolçu əvvəllər Türkiyədə “Karabükspor” və “Elazığspor”da da forma geyinib.
“Giresunspor” “Trabzonspor”un yarımmüdafiəçisi Flavionu da heyətinə qatıb. 25 yaşlı futbolçu mövsümün sonuna kimi icarəyə götürülüb. Flavio 2020-ci ildən Trabzon klubunda çıxış edir. Braziliyalı yarımmüdafiəçi əvvəllər “Vitoriya”, “Ferroviaria”, “Boavişta” və “Santo Andre” kimi klubların da formasını geyinib.
Super Liqa klubu kolumbiyalı mərkəz müdafiəçisi Aleksis Peresi də heyətinə qatıb. 27 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Müdafiəçi ötən mövsümü Argentinanın “Lanus” komandasında keçirib. O, əvvəllər “Keretaro”, “Atletiko Xunior”, “Valyadolid” və “Uniautonoma” kimi klubların da formasını geyinib.
Bizi Facebook-da izləyin