Super Liqa klubundan daha iki transfer
Türkiyənin “Fatih Karagümrük” klubu heyətinə daha iki yeni futbolçu cəlb edib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi yarımmüdafiəçilər Tunay Torun və Samed Onuru transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Samed Onur Almaniyanın “Bayer” klubunun yetirməsidir. O, Almaniyada dünyaya göz açsa da, Türkiyənin U-17 yığmasında oynamağa üstünlük verib. 18 yaşlı futbolçu “Bayer”in əsas komandasında oynamaq şansı qazanmadığına görə, “Fatih Karagümrük” ilk peşəkar komandası olacaq.
Tunay Torun da Almaniya doğumludur və “Hamburq”un yetirməsidir. 31 yaşlı futbolçu peşəkar karyerasına da bu komandada başlayıb. Sonralar o, Almaniyada “Herta” və “Ştutqart”ın da formasını geyinib. 2014-cü ildən isə təcrübəli futbolçu Türkiyə klublarında çıxış edir. Onun doğma vətəndəki ilk klubu “Kasımpaşa” olub. Sonralar “Başakşəhər” və “Buraspor”da da çıxış etmiş yarımmüdafiəçi, geridə qalan mövsümü “Rizəspor”da keçirib. Tunay Torun Türkiyənin həm aşağı yaş qrupu üzrə yığmalarında, həm də əsas millidə oynayıb. O, “ay-ulduzlular”ın heyətində 9 matça çıxıb.
Bizi Facebook-da izləyin