Super Liqa klubundan daha iki transfer
Türkiyənin “Hatayspor” klubu heyətinə daha iki yeni futbolçu cəlb edib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi sağ cinah yarımmüdafiəçisi Sadık Baş və Bertuğ Özgür Yıldırımı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Sadık ilə 4, Bertuğ ilə 3 illik müqavilə imzalanıb. 19 yaşlı Özgür Yıldırım “Sarıyer”dən transfer olunub. 27 yaşlı Baş isə son olaraq “Eyüpspor”un uğurları üçün çalışıb.
Xatırladaq ki, Super Liqada geridə qalan mövsümü 6-cı pillədə başa vuran “Hatayspor” daha öncə Fatih Kurucuk, Osman Şahin və Emre Çolakı da heyətinə qatmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin