Super Liqa klubundan daha iki transfer
Türkiyənin “Hatayspor” klubu heyətini yeni futbolçularla gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqanın yeni iştirakçılarından olan Hatay təmsilçisi qanalı yarımmüdafiəçi İsaak Seki və Almaniyada dünyaya göz açan türk əsilli yarımmüdafiəçi Burak Çamoğlunu heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı Seki ilə 1, Çamoğlu ilə 2 illik müqavilə imzalanıb.
Qana yığmasında da oynamış Seki, 2016-cı ildən Türkiyədə çıxış edir. Onu “Alanyaspor” transfer etsə də, geridə qalan mövsümü icarə əsasında “Dənizlispor”da keçirib.
Burak isə Dortmund “Borussiya”sının yetirməsidir. O, 2017-ci ilə qədər bu klubun əvəzedici komandasında oynasa da, əsas komandaya yüksələ bilməyib. Bu üzdən də 23 yaşlı oyunçu 2017-ci ildən o, “Karlsrue”də çıxış edirdi.
Bizi Facebook-da izləyin