Super Liqa klubundan daha bir transfer
Türkiyənin “Dənizlispor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Fransa doğumlu toqolu yarımmüdafiəçi Matye Dossevini transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. Təcrübəli vinger yeni komandasında “14” nömrəli formanı geyinəcək.
Dossevi peşəkar karyerasına “Le Man” klubunda başlayıb. O, “Valensyenn”, “Olimpiakos”, “Standard” (Lyej) və “Mets”də də forma geyinib. 2018-ci ildən isə Matye Fransa “Tuluza”sının uğurları üçün çalışırdı. Karyerası ərzində 370 matça çıxan Dossevi, 43 qola imza atıb. O, Toqo yığmasında da 27 matça çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin