Super Liqa klubundan daha 2 transfer
“Hatayspor” heyətinə daha iki futbolçu cəlb edib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi portuqaliyalı yarımmüdafiəçi Joelson Fernandes və kosovolu qapıçı Visar Bekay ilə güclənib.
Həm 20 yaşlı vingerlə, həm də 26 yaşlı qolkiperlə 3 illik müqavilə imzalanıb.
Joelson Lissabon “Sportinq”indən transfer olunub. Əslən Qvineya Bisaudan olan gənc vinger Portuqaliyanın aşağı yaş qrupları üzrə bütün yığmalarında forma geyinib.
Bekay isə karyerası ərzində iki klubun – “Priştina” və “Tirana”nın uğurları üçün çalışıb. O, Kosovo yığmasında da 5 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin