Super Liqa klubundan bir yeni transfer, bir ayrılıq
Türkiyənin “Gənclərbirliyi” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi müdafiəçi Salih Dursunu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu ilə iki illik müqavilə imzalanıb.
“Sakaryaspor”un yetirməsi olan Salih Dursun karyerası ərzində “Kayserispor”, “Qalatasaray”, “Trabzonspor” və “Antalyaspor”da forma geyinib.
“Gənclərbirliyi” sağ cinah müdafiəçisi Erdem Özgenç ilə də yolların ayrıldığını açıqlayıb. 2018/19 mövsümünün dövrələrarası fasiləsi zamanı bu komandaya gələn 35 yaşlı futbolçu ilə müqavilə yenilənməyib. Klub futbolçuya xidmətlərinə görə təşəkkür edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin