Super Liqa klubundan beş transfer
Türkiyənin “Rizəspor” klubu heyətini yeni futbolçularla gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Gənclərbirliyi”ndən Nadir Çiftçi və Yasin Pehlivanı, “Fatih Karagümrük”dən Engin Bekdemiri, eləcə də “Altınordu”dan Kemal Rüzgarı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Nadir Çiftçi, Yasin Pehlivan və Engin Bekdemir ilə 2, Kemal Rüzgar ilə 3 illik müqavilə imzalanıb.
“Rizəspor” polşalı hücumçu Konrad Mixalakı da heyətinə qatıb. Rusiyanın “Axmat” klubundan icarəyə götürülən futbolçu qarşıdakı mövsümün sonuna kimi Türkiyə təmsilçisinin uğurları üçün çalışacaq. Mixalak geridə qalan mövsümdə “Ankaragücü”ndə icarədə olub. O, bu klubun heyətində ötən mövsüm 14 oyunda 819 dəqiqə meydanda olub.
Bizi Facebook-da izləyin