Super Liqa klubundan 9 yeni transfer
Türkiyənin “Alanyaspor” klubu heyətini 9 yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi 9 legioner, 3 türk futbolçu transfer edib.
27 yaşlı mərkəz müdafiəçisi Eduardo Bauermann və 29 yaşlı yarımmüdafiəçi Riçard Koelyo ilə 2 illik müqavilə imzalanıb.
26 yaşlı sol cinah vingeri Karlos Eduardo və 24 yaşlı yarımmüdafiəçi Nikolya Janvye ilə 3 illik müqavilə imzalanıb.
25 yaşlı hücumçu Anderson Silva və 23 yaşlı sağ cinah vingeri Loide Auqusto ilə 4 illik müqavilə imzalanıb.
33 yaşlı qapıçı Ərtoğrul Taşkıran 2 illik müqaviləyə imza atıb. 20 yaşlı hücumçu Onur Dəmir və 17 yaşlı yarımmüdafiəçi Məhəmməd Emin Sarıgüllə isə 4 illik müqavilələrə imza atılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin