Super Liqa klubundan 2 transfer


Türkiyənin “Rizəspor” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi burkina fasolu hücumçu Prejyus Nakulma və ukraynalı müdafiəçi Nikolay Morozyuku transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki futbolçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.

31 yaşlı Nakulmanın son iş yeri Fransanın “Nant” klubu olub. O, daha öncə Türkiyədə “Kayerispor” və “Mersin İdmanyurdu” klublarında da forma geyinib. Burkina Faso yığmasının sabiq üzvü karyerasının böyük hissəsini (2006-2014) Polşada keçirib.

30 yaşlı Morozyuk isə ilk dəfə legioner həyatı yaşayacaq. Kiyev “Dinamo”sunun yetirməsi olan, elə bu klubdan transfer edilən Nikolay ölkəsində “Dnepr”, “Obolon”, “Krivbass”, “Metallurq” (Donetsk) komandalarında da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button