Super Liqa klubunda yeni prezident
Türkiyənin “Antalyaspor” klubunun yeni prezidenti müəyyənləşib.
Komanda.az xəbər verir ki, bundan sonra Super Liqa klubuna Mustafa Yılmaz rəhbərlik edəcək.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə Mustafa Yılmazın qarşıdakı üç il ərzində “Antalyaspor”un prezidenti kimi çalışacağı qeyd olunub.
Xatırladaq ki, “Antalyaspor”un bundan əvvəlki prezidenti Ali Şafak Öztürk yanvarın ortalarında istefa vermişdi. Hansı ki, o, 2016-cı ildən Antalya təmsilçisinə rəhbərlik edirdi.
“Antalyaspor” Super Liqada bu mövsüm keçirdiyi 25 oyuna topladığı 33 xalla 9-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin