Super Liqa klubunda yeni müqavilə

Türkiyənin “Göztəpə” klubu müdafiəçisi Atınç Nukan ilə müqavilənin müddətini artırıb.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasındakı yeni müqavilənin müddəti 3 illikdir. Əvvəlki anlaşmanın müddəti bu ayın sonunda bitəcəkdi.

Qeyd edək ki, Atınç Nukan 2019/20 mövsümünün əvvəlindən “Göztəpə”nin uğurları üçün çalışır. O, geridə qalan iki mövsüm ərzində bu komandanın heyətində 32 Super Liqa, 4 kubok matçına çıxıb. 27 yaşlı futbolçu bu görüşlərdə 3 qol da vurub.

“Beşiktaş”ın yetirməsi olan Atınç Nukan, 2010-2015-ci illər aralığında bu komandanın heyətində olarkən bir müddət “Dardanelspor”da da icarədə oynayıb. 2015-ci ildə isə o, Almaniyanın “Leypsiq” klubuna icarəyə verilib. 2016-cı ildə “Beşiktaş” keçmiş müdafiəçisini iki illik icarəyə götürüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button