Super Liqa klubunda yeni baş məşqçi

“Pendikspor”un yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra İvo Vieyra çalışdıracaq.

Portuqaliyalı məşqçi Türkiyə klubunun bir neçə gün öncə istefaya göndərdiyi Osman Özköylünü əvəz edib. 47 yaşlı mütəxəssislə müqavilənin müddəti açıqlanmayıb.

Bu mövsümdən Super Liqada çıxış edən “Pendikspor” keçirdiyi 8 oyunda 4 heç-heçə, 4 məğlubiyyətə üzülüb. Komanda 4 xalla 20 iştirakçı arasında 18-cidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button