Super Liqa klubunda yeni baş məşqçi
“İstanbulspor”un yeni baş məşqçisi bəlli olub.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Hakan Yakın çalışdıracaq.
46 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Onun sonuncu iş yeri “Şaffhauzen” komandası olub.
Yakın İstanbul klubunda bir müddət öncə istefaya göndərilmiş Fatih Tekkeni əvəz edib.
“İstanbulspor” hazırda Super Liqada 2 xalla 20 iştirakçı arasında 19-cudur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin