Super Liqa klubunda yeni baş məşqçi

Türkiyənin “Alanyaspor” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Ömer Erdoğana tapşırılıb.

45 yaşlı mütəxəssislə 2024-cü ilin yayına kimi müqavilə imzalanıb.

O, Alanya klubunda bir neçə gün öncə istefaya göndərilmiş Ersun Yanalı əvəz edib.

Erdoğan son olaraq “Ankaragücü” komandasının baş məşqçisi olub. O, sözügedən komandadan bu il fevralında ayrılmışdı.

“Alanyaspor” bu mövsüm Super Liqada keçirdiyi 29 oyunda 32 xal toplayıb və 19 iştirakçı arasında 13-cüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button