Super Liqa klubunda yeni baş məşqçi
Türkiyənin “İstanbulspor” komandasının yeni baş məşqçisi müəyyənləşib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Fatih Təkkə çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 45 yaşlı mütəxəssislə 5 illik müqavilə imzalandığı diqqətə çatdırılıb. Təkkə bu postda ötən gün istefa vermiş Osman Zeki Korkmazı əvəz edib.
Bu mövsüm yenidən Super Liqada mübarizə aparmaq hüququ qazanan İstanbul təmsilçisi, geridə qalan 10 oyunda cəmi 8 xal toplayıb və 19 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin