Super Liqa klubunda yeni baş məşqçi
Türkiyənin “Rizəspor” komandasının yeni baş məşqçisi müəyyənləşib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Həmzə Həmzəoğlu çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bir neçə gün öncə Bülənt Uğyunla yollarını ayıran Rizə təmsilçisi onu məhz Həmzəoğlu ilə əvəzləməyə qərar verib. Yeni baş məşqçi ilə 1+1 illik müqavilə imzalanıb.
Həmzə Həmzəoğlu son olaraq bu il “Kayserispor”a rəhbərlik edib. 51 yaşlı mütəxəssis əvvəllər “Yeni Malatyaspor”, “Gənclərbirliyi”, “Ərzurumspor”, “Antalyaspor”, “Osmanlıspor”, “Bursaspor”, “Qalatasaray”, “Akhisarspor”, “Dənizlispor” kimi komandalarda baş məşqçi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin