Super Liqa klubunda yeni baş məşqçi

Türkiyənin “Kasımpaşa” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Mehmet Altıparmak çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 51 yaşlı mütəxəssislə bir illik müqavilə imzalanıb.

Super Liqada geridə qalan mövsümü 43 xalla 10-cu pillədə tamamlayan “Kasımpaşa”nın son baş məşqçisi Fuat Çapa olub. Mehmet Altıparmak isə son olaraq “Hatayspor”u çalışdırıb. O, bu komandanı TFF 1-ci liqada çempion edərək Super Liqaya çıxarsa da, klub rəhbərliyi onunla müqaviləni yeniləməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button