Super Liqa klubunda yeni baş məşqçi
Türkiyənin “Samunspor” komandasının yeni baş məşqçisi müəyyənləşib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Markus Gisdol çalışdıracaq.
54 yaşlı alman mütəxəssislə müqavilə bu mövsümün sonuna kimi nəzərdə tutulub.
Son olaraq ilyarım əvvəl Moskva “Lokomotiv”ində çalışmış Gisdol Samsun klubunda bir neçə gün öncə istefaya göndərilmiş Hüseyn Eroğlunu əvəz edib. Super Liqa təmsilçisi hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin