Super Liqa klubunda yeni baş məşqçi
Türkiyənin “Hatayspor” komandasının yeni baş məşqçisi bəlli olub.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Sərkan Özbalta çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 43 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Özbalta son olaraq “Altay”a rəhbərlik edib. O, “Hatayspor”da mövsüm bitən kimi istefaya göndərilmiş Ömər Ərdoğanı əvəz edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin