Super Liqa klubunda yeni baş məşqçi

Türkiyənin “Rizəspor” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Bülənt Qorxmaz çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər 1.5 illik müqaviləyə imza atıblar.

Bülənt Qorxmaz son olaraq “Alanyaspor”a rəhbərlik edib. O, Super Liqanın cari mövsümündə 16-cı turdan sonra postundan ayrılmışdı. Vaxtilə Azərbaycanda “Bakı”nı da çalışdırmış mütəxəssis “Rizəspor”da Hamza Hamzaoğlunu əvəz edib.

Elitada qalmaq uğrunda mübarizə aparan “Rizəspor” hazırda 23 xalla 20 iştirakçı arasında 18-cidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button