Super Liqa klubunda yeni baş məşqçi

Türkiyənin “Yeni Malatyaspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, bir neçə gün əvvəl istefaya göndərilən Erol Bulutu Ali Ravcı əvəz edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ali Ravcı bu vaxta qədər sözügedən klubun idman direktoru vəzifəsində çalışırdı. O, baş məşqçi postunda müvəqqəti – mövsümün sonuna kimi fəaliyyət göstərəcək.

“Yeni Malatyaspor” hazırda 41 xalla Super Liqada 7-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button