Super Liqa klubunda yeni baş məşqçi

Türkiyənin “Ankaragücü” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra İbrahim Üzülməz çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bir neçə gün öncə “Bursaspor”dan ayrılan Üzülməzin yeni klubu ilə müqavilənin müddəti və digər detalları barədə məlumat verilmir.

Xatırladaq ki, “Ankaragücü” bir neçə gün öncə baş məşqçisi Mustafa Reşit Akçayı “Trabzonspor”la bağlı açıqlamasına görə postundan uzaqlaşdırmışdı. Ankara təmsilçisi bu mövsüm Akçaydan öncə Metin Diyadin və Mustafa Kaplanı da istefaya göndərmişdi.

“Ankaragücü” hazırda 24 xalla sonuncu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button