Super Liqa klubunda yeni baş məşqçi
Türkiyənin “Kayserispor” klubu yeni baş məşqçisinin adını açıqlayıb.
Komanda.az xəbər verir ki, Hikmət Karamanla yollarını ayıran Super Liqa komandasının baş məşqçi postuna Ömər Ərdoğan gətirilib. 2021/2022 mövsümünə qədər “Hatayspor”u çalışdırmış Ərdoğan Kayseri təmsilçisi ilə bir illik müqavilə imzalayıb.
“Kayserispor” son mövsümdə çempionatı 14-cü sırada başa vurub. Komanda Karamanın rəhbərliyi altında Türkiyə kubokunun finalında “Sivasspor”a məğlub olmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin