Super Liqa klubunda yeni baş məşqçi
Türkiyənin “Gənclərbirliyi” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi yenidən Mustafa Kaplana tapşırılıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bir neçə gün öncə Mert Nobre ile yollarını ayıran klub rəhbərliyi idman direktoru kimi fəaliyyət göstərən Mustafa Kaplanı baş məşqçi təyin edib.
Qeyd edək ki, Mustafa Kaplan ötən mövsüm həm “Gənclərbirliyi”, həm də “Ankaragücü” klublarında baş məşqçi kimi çalışmışdı. 53 yaşlı mütəxəssis bu ilin avqustundan “Gənclərbirliyi”ndə idman direktoru kimi fəaliyyət göstərirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin