“Başakşəhər”də seneqallı hücumçu
Türkiyənin “Başakşəhər” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Bandırmaspor”un hücumçusu Filipp Kenini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Seneqaldan olan futbolçu ilə 3 illik müqavilə imzalanıb. “Başakşəhər”in bu transfer üçün 1-ci liqa təmsilçisinə nə qədər təzminat ödədiyi bilinmir.
Keni peşəkar karyerasına Fransanın “Tur” klubunda başlayıb. O, bu ölkədə “Şatoru”nun da formasını geyinib. 2021-ci ilin iyul ayından “Bandırmaspor”da çıxış edən Keni, bu komandanın heyətində 36 oyunda 14 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin