Super Liqa klubunda istefa
“Sivasspor” baş məşqçisi Servet Çetinlə yolları ayırıb.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, gənc mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Çetin bu ilin iyununda Super Liqa təmsilçisinin baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda bu mövsüm ölkə çempionatında 17 matçda 21 xal toplayıb. “Sivasspor” Super Liqada 10-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin