Super Liqa klubunda iki yeni müqavilə, bir ayrılıq

Türkiyənin “Ankaragücü” klubu iki futbolçusu ilə müqavilənin müddətini artırıb.

Komanda.az xəbər verir ki, müdafiəçilər Uroş Radakoviç və Stelios Kitsiu yeni müqaviləyə əsasən 2023/2024 mövsümündə də bu komandanın uğurları üçün çalışmağa davam edəcəklər.

Həm serbiyalı, həm də yunan futbolçunun klubla əvvəlki sözləşməsi bu ayın sonuna qədər idi.

“Ankaragücü” ilə müqaviləsinin müddəti bitən daha bir futbolçu – Kevin Malkui isə Türkiyə klubundan ayrılıb. Azad agent statusuna malik 31 yaşlı fransızın karyerasını harada davam etdirəcəyi bilinmir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button