Super Liqa klubunda iki yeni müqavilə

Türkiyənin “Başakşəhər” klubu iki futbolçusu ilə yeni müqavilə bağlayıb.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi qapıçısı Volkan Babacan və sağ cinah müdafiəçisi Uğur Uçarla müqavilənin müddətini artırıb.

Bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb. Xəbərdə Uğurla 1, Volkanla 3 illik yeni müqavilə imzalandığı diqqətə çatdırılıb.

Qeyd edək ki, 34 yaşlı Uğur Uçar “Başakşəhər”in yarandığı ilk ildən (2014-dən) bu komandanın uğurları üçün çalışır. O, həm də bu komandaya transfer olunmuş ilk futbolçudur. “Qalatasaray”ın yetirməsi olan Uğur, “Kayserispor”, “Ankaragücü” və “Karabükspor”da da forma geyinib. Təcrübəli müdafiəçi geridə qalan mövsümdə “Başakşəhər” formasıyla 13 matça çıxıb.

Volkan da 2014-cü ildən “Başakşəhər”in sıralarındadır. “Fənərbaxça”nın yetirməsi olan 32 yaşlı qapıçı, “İstanbulspor”, “Kayserispor” və “Manisaspor”da da forma geyinib. Türkiyə millisinin sabiq üzvü İstanbul təmsilçisində 150-yə yaxın oyun keçirib. O, son mövsümdə Super Liqa çərçivəsində 19 matça çıxıb.

Qeyd edək ki, 2019/20 mövsümündə Super Liqanın qalibi olmuş “Başakşəhər”, geridə qalan mövsümü 12-ci pillədə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button