Super Liqa klubunda iki yeni müqavilə
“Sivasspor” qapıçısı Ali Şaşal Vural və hücumçusu Aruna Kone ilə müqavilənin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
30 yaşlı Ali Şaşal Super Liqa təmsilçisi ilə bir illik müqaviləyə imza atıb. Vuralın klubla əvvəlki anlaşması bu yay başa çatmışdı.
2016/17 mövsümündə “Sivasspor”a transfer edilən Ali Şaşal Vural, bu günə qədər sözügedən komandanın heyətində 43 rəsmi oyuna çıxıb. O, daha öncə “Altay” və “Əskişəhərspor” klublarında da çıxış edib.
Fil Dişi Sahilindən olan Kone ilə də 1 illik sözləşmə imzalanıb. 36 yaşlı futbolçu ötən mövsüm “Sivasspor”da 33 oyuna çıxıb, 7 qola, 4 məhsuldar ötürməyə imza atıb.
Kone 2017-ci ildə “Everton”dan “Sivasspor”a gəlib. Təcrübəli hücumçu daha öncə “Viqan”, “Levante”, “Hannover”, “Sevilya”, PSV, “Roda” kimi klublarda da çıxış edib.
Bizi Facebook-da izləyin