Super Liqa klubunda iki yeni legioner
Türkiyənin “Ərzurumspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi fransız qapıçı Fabien Farnolleni transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 35 yaşlı qolkiperlə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
“Bordo”nun yetirməsi olan, Benin yığmasında da forma geyinmiş Farnolle, son üç mövsümdə “Yeni Malatyaspor”un uğurları üçün çalışıb.
“Ərzurumspor” Albaniya yığmasının hücumçusu Armando Sadikunu da transfer edib. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, hazırda ölkəsinin milli komandasının düşərgəsində olan 29 yaşlı futbolçu tezliklə Türkiyəyə gələrək rəsmi müqaviləyə imza atacaq. Müqavilə ilə “Levante”yə məxsus olan alban forvard geridə qalan mövsümü icarə əsasında “Malaqa”da keçirib.
Bizi Facebook-da izləyin