Super Liqa klubunda iki yeni futbolçu

“Adana Dəmirspor” heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, Türkiyə klubu yarımmüdafiəçilər Xorxe Morel və Furkan Soyalpı heyətinə qatıb.

Soyalp dəhşətli zəlzələdən sonra Super Liqadan çəkilən “Qaziantep”dən bu mövsümün sonunadək icarəyə götürülüb. O, peşəkar karyerasına “Bursaspor”da başlayıb, “Bandırmaspor” və “Başakşəhər”də də forma geyinib. 27 yaşlı futbolçu 2019-cu ildən oynadığı “Qaziantep”də 93 oyuna 7 qol vurub.

Morel isə Paraqvayın “Quarani” klubundan bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. 25 yaşlı futbolçu daha öncə “Lanus” və “Estudiantes”də də icarədə olub. O, “Quarani”də 91 oyuna 2 qol vurub. Yarımmüdafiəçi Paraqvay yığmasında da 9 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button