Super Liqa klubunda 2 yeni futbolçu
Türkiyənin “Hatayspor” klubu heyətini yeni futbolçularla gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Göztəpə”dən Kərim Alıcını, Yunanıstanın “Asteras” (Tripoli) klubundan isə Kevin Sonini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Soni Yunanıstan klubundan mövsümün sonuna kimi icarəyə götürülüb. Hücumameyilli yarımmüdafiəçi 2021-ci ildən “Asteras”da forma geyinirdi. 24 yaşlı futbolçu peşəkar karyerasına yetirməsi olduğu Fransanın “Bordo” klubunda başlayıb. Kamerunlu vinger “Po”, “Peralda”, “Jirona” və “Espanyol”da, həmçinin “Villyarreal”la “Selta”nın B komandasında da oynayıb. O, Kamerun yığmasında 1 oyuna çıxıb.
“Göztəpə”dən transfer olunan Kərim Alıcı ilə 3 illik müqavilə imzalanıb. “Hatayspor” bu keçidə görə İzmir klubuna 110 min avro ödəyib. 25 yaşlı sağ cinah müdafiəçisi peşəkar karyerasına “Altınordu”da başlayıb. O, 2020-ci ildən “Göztəpə”də forma geyinirdi. Bir müddət “Boluspor”da icarədə çıxış etmiş futbolçu, Türkiyənin U-18 və U-21 yığmalarında da oynayıb.
Bizi Facebook-da izləyin