Super Liqa klubunda iki yeni futbolçu
Türkiyənin “Yeni Malatyaspor” klubu heyətini yeni futbolçularla gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Gənclərbirliyi”nin qapıçısı Ertaç Özbiri və son mövsümü “Dənizlispor”da keçirmiş yarımmüdafiəçi Olcay Şahanı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı qolkiperlə 2 illik, 33 yaşlı vingerlə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Yeni Malatyaspor” Ertaç Özbir üçün doğma klubdur. Belə ki, o, 2015-ci ildən formasını geyindiyi bu klubu ötən mövsümün əvvəlində “Gənclərbirliyi”nə dəyişmişdi.
Münhenqladbax “Borussiya”sının yetirməsi olan, peşəkar karyerasına da məhz bu klubda başlayan Olcay Şahan isə karyerası ərzində “Duysburq”, “Kayzerslautern”, “Beşiktaş” və “Trabzonspor”da forma geyinib. Təcrübəli futbolçu vaxtilə Türkiyə yığmasının da uğurları üçün çalışıb.
Bizi Facebook-da izləyin