Super Liqa klubunda 2 ayrılıq
Türkiyənin “Konyaspor” klubu yarımmüdafiəçisi Endri Çekiçi ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər yeni müqavilə bağlamamağa qərar veriblər. 26 yaşlı futbolçu azad agent statusu alıb.
Albaniya milli komandasının üzvü 2021-ci ilin yayından formasını geyindiyi Konya klubunda 62 oyunda 8 qol vurub. O, Albaniya yığmasında da 11 oyun keçirib, 1 qola imza atıb.
“Konyaspor” qapıçısı Erhan Egentürklə də vidalaşıb. “Karşıyaka”, “Altınordu” və “Bursaspor”da da oynamış 28 yaşlı qolkiper Konya klubunda cəmi 7 matça çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin