Türkiyə klubunda bosniyalı müdafiəçi

Türkiyənin “Kasımpaşa” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi müdafiəçilər – Daniel Qraovaçla Recep Yemişçini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Lakin yeni oyunçularla müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Daniel Qraovaçın son iş yeri Rumıniyanın “ÇFR Kluj” komandası olub. Bosniya və Herseqovinadan olan mərkəz müdafiəçisi 2021-ci ildən bu klubun uğurları üçün çalışırdı. 29 yaşlı futbolçu daha öncə “Zrinski”, “Muskron”, “Voyvodina” və “Astra” klublarının da formasını geyinib. O, Bosniya və Herseqovina yığmasında 3 oyuna çıxıb.

Recep Yemişçi “Altınordu”nun yetirməsidir. 23 yaşlı mərkəz müdafiəçisi icarə əsasında “Niğde Anadolu” və “Ankaraspor” klublarının da formasını geyinib. O, Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button