Super Liqa klubunda bir yeni futbolçu, iki ayrılıq

Türkiyənin “Sivasspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi polşalı hücumçu Karol Angelskini transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Karol Angelskinin sonuncu iş yeri “Radomyak Radom” klubu olub. O, 2020-ci ildən bu komandada çıxış edirdi.

“Sivasspor” yarımmüdafiəçiləri Koray Altınay və Sefa Yılmazla da yollarını ayırdığını açıqlayıb. Onların hər ikisi “Rizəspor”a keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button