Super Liqa klubunda bir transfer, iki ayrılıq

Türkiyənin “Sivasspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi malili qapıçı Mamadu Samassanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Fransanın “Trua” klubundan transfer olunan 29 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb.

Daha öncə Fransada “Genqam”ın da şərəfini qorumuş, hətta bu komanda ilə 2013/14 mövsümündə ölkə kubokunu qazanmış Samassa, geridə qalan mövsümdə “Trua”nın heyətində Liqa 2-də 37 oyuna çıxıb.

“Sivasspor” ötən gün həm də iki futbolçusu ilə rəsmən vidalaşıb. Klub saytının yaydığı məlumata görə, uruqvaylı qapıçı Serxio Roçet və rumıniyalı yarımmüdafiəçi Qabriel Torye ilə başa çatan müqavilələrin müddəti artırılmayıb. Roçet 2017-ci, Torye isə 2018-ci ilin avqust ayından Sivas klubunun uğurları üçün çalışırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button